Ağsuda dindarlar bayram namazından sonra Şəhidlər Xiyabanını ziyarət ediblər -FOTO

Ağsu şəhər “Hacı Alcan-Hacı Almaxanım” məscidində Axund Hacı Elşən Rəhimlinin pişnamazlığı ilə saat 09:00-da bayram namazı qılınıb.

Bayram namazında şəhidlərimizin ruhuna dualar oxunub. Bayram namazından sonra məscidin dindarları Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Hacı Alcan-Hacı Almaxanım” məscidində də bayram namazında xeyli insan iştirak edib.

Qeyd edək ki, mayın 5 və 6-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda mayın 6-də başlayıb.

Anar Rəsullu

Sozcu.az