Ağsuda Bayraq Meydanı bayraqsız qalıb -FOTO

Ağsu rayonunda Bayraq meydanı artıq neçə aydır ki, bayraqsız qalıb.

Sozcu.az xəbər verir ki, bu barədə Axar.az-a jurnalist Yusif Osmanlı məlumat verib. O bildirib ki, artıq neçə aydır məlum olmayan səbəblərdən bayrağımız oradan götürülsə də, yerinə asılmayıb.

Ağsu Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev Axar.az-a açıqlamasında bildirib ki, bayraq küləyin təsirindən cırıldığı üçün çıxarılıb. Başçının köpməkçisi əlavə edib ki, bayraq yaxın günlərdə yerinə asılacaq:

“Narahatlığı anlayırıq. Ancaq bayraq səbəbsiz yerə çıxarılmayıb. Hazırda başımız zəlzələdən sonrakı işlərə qarışıb. Şəhərdə müəyyən işlər aparılır. Ancaq sakinləri də, sizi də əmin edirəm ki, tezliklə yeni bayraq yerinə asılacaq”.