Ağsu suvarma idarəsi: Kənd sakinləri ilə heç bir inisident baş verməyib

Ağsu rayon Ağabəyli kənd sakinləri ilə Ağsu suvarma sistemləri idarəsinin əməkdaşları arasında inisident yaranması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Ağsu Suvarma Sistemləri İdarəsindən Sozcu.az saytına verilən məlumata görə, idarənin əməkdaşları mexaniki su nizamlayıcısının nasosla əvəz edilməsi üçün əraziyə gediblər. Bir neçə nəfər kənd sakini ərazidə nə iş getdiyini öyrənmək üçün iş gedilən ərazidə olublar. İdarə rəhbərliyi sakinlərə görüləcək işlər barədə məlumat verərək, onlar üçün heç bir narahatçılığını yaranmayacağını bildirib. Ərazidə istər idarə əməkdaşları, istərsə də əhali tərəfindən heç bir qanun pozutusu olmayıb.

Facebook Comments