“Ağsu Siti” İdman Klubu tibbi masqa və əlcək payladı

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizəyə cəmiyyətin müxtəlif təbəqələri qoşulub.

Sozcu.az xəbər verir ki, “Ağsu Siti” İdman Klubu Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi dəstəkdən sonra bu istiqamətdə növbəti dəstəyini göstərib.

“Ağsu Siti” İdman Klubunun üzvləri Ağsu şəhərində əhaliyə tibbi maska və əlcək paylayıb.

“Ağsu Siti” bu çətin günlərdə əhalini təmkinli olmağa və karanatin qaydalarına riayət etməklə özünü və yaxınlarını təhlükəyə atmamağa çağırır.

Facebook Comments