Ağsu Rayon İcra Hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik- VİDEO

Ağsu Rayonununun girişində ucaldılan Azərbaycan Bayrağı cırılıb.

Sozcu.az xəbər verir ki, Ağsu rayonunda yerləşən Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağı cırılıb. Sakinlərin bildirdiyinə görə, Azərbaycan Bayrağı cırılmış vəziyyətdə iki gündən artıqdır ki, həmin yerdədir və dəyişdirilmir.

Ağsu rayon rəhbərliyinin gözləri qarşısında iki gündən cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

Küləkli havada, adətən, dövlət bayrağı aşağı endirilir və bununla yanaşı, cırılan bayraq dərhal digəri ilə dəyişdirilir. Görünür, Ağsu Rayon İcra Hakimiyyətində bayrağa nəzarət etmək elə də vacib bir qayda deyil. Əks halda bu cür xoşagəlməz mənzərənin şahidi olmazdıq.

P.S. Saytımıza verilən məlumata görə, məsələ sosial şəbəkədə ictimailəşdikdən sonra, gecə saatlarında cırılmış bayraq dirəkdən çıxarılıb.

Facebook Comments