“Ağ atlı oğlan gözləyə-gözləyə, bəxtimə ağ eşşəkli oğlan çıxdı” – Pərvin

“Bu günə kimi ağ atlı oğlan gözləyə-gözləyə, bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb nədənsə”.
Sozcu.az xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişinin qonağı olan aktrisa Pərvin Abıyeva deyib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) “Pərvin, qaçırmaq istəyiblər heç səni?” sualını ona ünvanlayıb. Pərvinin cavabı isə hər kəsi təəccübləndirib:

“Məni qaçırmaq istəyiblər. Bunu mamamgil biləndə, məni “qaçırdıblar” ki, qaçırmasınlar. Mən çox istəyirəm, ailəm olsun. Qaynanamla-qaynatamla bir yerdə qalım. Uşaq vaxtımdan həmişə deyirdim ki, 16 yaşım olsun, ərə gedəcəm. Yəni, çox ailə sevənəm, ailəcanlıyam. Həmişə də deyirdim ki, istəyirəm qaynanamla qalım”.