Agentləri verlişlərinizə dəvət etməyin!

Anar Salehoğlu

Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədovun 30 il ərzində düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsini “Rusiyanın” adına çıxması qəbuledilməzdir! Və bu  şəhidlərimizə  təhqir etmək deməkdir!…

Zaur Qəriboğlunun aparıcılığı ilə Space telekanalında “Qırmızı xətt” verlişinin izlədim. Təsüf ki, gördüyüm mənzərə məni heç də qane etmədi. Sərdar Cəlaloğlunun haqlı olaraq Rusiyaya qarşı olan mövqeyini Abutalıb Səmədov “çərənləmək” adlandırdı. Ancaq öz çıxışında işğal edilmiş ərazilərin işğaldan azad edilməsini “Rusiya”nın adına çıxan Abutalıb Səmədov əslində özünün “çərənlədi”yini yəqin ki, hiss etmirmiş.

Abutalıb Səmədov sizə səslənirəm!

Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsinə Azərbaycan ordusu imkan yaratdı! Azərbaycan haqq savaşını təkbətək apardı. Və “Ermənistan” “ordusunu” məhv etdi! Nəzərə alın ki, dedikləriniz Azərbaycan ordusunu və 2802 şəhidi təhqir etmək deməkdir. Hər hansısa konfransı işarə edib həmin konfransa əsasən Qarabağın Rusiya ərazisi olduğunu demək haqqını sizə kim verib? Siz necə siyasətçisiniz? Ümumiyyətlə sizin siyasətdən xəbəriniz var? Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazilər Azərbaycan respublikasının tabeliyindədir və suveren ərazilərimizdir. Buna qarşı olan hər kəs kəskin şəkildə cəzasını almalıdır və alır da. Ermənistan Azərbaycanın suverenliyi pozdu, beynəlxalq səviyyədə tanınmış ərazimizi 30 il işğal altında saxladı. Amma 44 gün ərzində tutarlı cavabını aldı. Və ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğala son qoydu! Sizin “Bu gün bizim üçün ən təhlükəsiz”Rusiya”dır” deməyiniz Sərdar Cəlaloğlunun dediyi kimi bizlərə sizin “Rusiya agenti” olduğunuzu deməyə əsas verir. Ona görə ki, bu gün Azərbaycan üçün ən təhlükəsiz tərəf Türkiyədir.

Sizə sual verirəm…

Əgər ən təhlükəsiz Rusiya olsaydı, işğal edilmiş ərazilərin azad edilməsində Rusiya imkanlar yaratsaydı, bəs niyə “Zəfər Paradına” Rusiya prezidenti “Putin” yox qardaş Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan dəvət edilmişdi? Təsüf edirəm ki, ölkəmizdə siyasətdən xəbəri olmayan, amma özünü “böyük siyasətçi” adlandıran “agent”lər var.
Xaricdən maliyyələşən bəzi qurumlar, və “siyasətçi”lər eyni zamanda 5-ci kolun günü gündən aktivləşir…

Bütün televiziya kanallarının rəhbərlərlərindən xahiş edirəm ki, belə agentləri verilişlərə dəvət etməyin. Çünki belələri həm xalqa, həm də Azərbaycan gəncliyinə öz uyğunsuz hərəkətləri- çığırıb bağırmaqları, digər insanlara hörmətsizlik etməkləri ilə pis örnək olurlar. Eyni zamanda öz yararsız , qıcıqlandırıcı fikirləri ilə xalqı narahat edir və əsəbləşdirirlər.

Siyasi müzakirələr aparılan verilişlərə milli ruhda olan vətəni, xalqı, dövləti sevən əsl siyasətçilər dəvət edilməlidir. Əks halda Azərbaycanı gələcəkdə siyasi aləmdə nüfuzdan salacaq iyrənc simalar yetişəcək və inkişaf edəcəklər… Gələcəyi bu gündən düşünmək lazımdır! Azərbaycanın milli və dövlət maraqlarına zidd gedən partiyalar və siyasi qurumlar da bir an öncə ləğv edilməlidir!!!…

 

Facebook Comments