“Ağdam təhsil şöbəsinin müdiri direktorlardan haqq yığır” – Şikayətçi təchizat müdiridir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramova

Dövlət Təhlükəsizlik Xidmətinin sədri cənab Əli Nağıyevə

Azərbaycan Respublikasının Ombudsmanına

Ağdam rayonundan məcburi köçkün, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Ağdam rayon Təhsil şöbəsi üzrə təchizat müdiri Hüseynov Yunis Yolçu oğlu tərəfindən

Şikayət məktubu

Bildirirəmki, uzun illərdir Ağdam təhsil şöbəsində təchizat şöbəsinin müdiri vəzifəsində işləyirəm. İşlədiyim müddətdə çalışmışam ki, haqqın-ədalətin yanında olam. Mətanət Misirxanova Ağdam RTŞ-yə  müdir təyin olunandan sonra təhsil şöbəsində məktəb direktorlarından aylıq haqq yığılması, məktəblərə verilən yanacağın mənimsənilməsi, ezamiyyə xərclərinin şişirdilməsi kimi qanunsuzluqlar vüsət aldı. Cənab Prezidentin rüşvətə və korrupsiyaya qarşı apardığı amansız mübarizəyə Ağdam Təhsilinin şefi əhəmiyyət vermir,məktəb direktorlarından pandemiya dövründə də aylıq haqq almasını davam etdirir. M.Misirxanovanın məktəb direktorlarından aylıq pul yığmasına dair əlimdə təkzibolunmaz faktlar var. Bu barədə Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənova və DTX-nIn Ağdam şöbəsinin rəisi Əhməd müəllimə dəfələrlə məlumat vermişəm, ancaq heç bir tədbir görülməyib. Sizdən xahiş edirəm Ağdam Təhsil Şöbəsinin fəaliyyətini nəzarətə götürüb ciddi tədbirlər görəsiniz.

İmza: Hüseynov Yunis Yolçu oğlu

Tel: 050-210-54-47

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Facebook Comments