Ağcəbədidə şəhidə hörmətsizlik: Rayon rəhbərliyi bunu öz əzizlərinə rəva görərlərmi?!

Ağcabədi rayonunda yerləşən bu tikilinin qarşısında adını ifadə edən yazı olmasa, tövlədən heç bir fərqinin olmadığını demək olar.

Ağcəbədi rayonunda Laçının müdafiəsi uğrunda şəhid olan hərbçimiz Əhməd Kərimovun adını daşıyan Mədəniyyət Mərkəzinin acınacaqlı halı və bərbad durumda olan uçuq binaya komaya şəhidin adının verilməsi rayon rəhbərliyinin şəhidlərimizə qoyduğu hörmətin göstəricisidir.

Bu fotonu təqdm edən Laçın köçkünləri şəhidin bur formada hörmətsiz olmasındansa, onun adının qapıdan götürülməsini istədiklərini deyiblər: “Təsəvvür edin ki, hansısa məktəbliləri gətirib şəhidin adını daşıyan mərkəzlə tanış edirik. O şagirdlərin təsəvvüründə şəhidə münasibətin necə formalaşdığını düşünün”.

Məlumat sosial şəbəkədən götürülüb