Ağadadaş Ağayev müğənnilərə pul paylayır

“Maşınım yoxdur. Qazandığım pulları özümə, uşaqlarıma xərcləyirəm. Övladlarıma təhsil vermişəm”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “Söhbət var” verilişində deyib. O bildirib ki, qazandıqlarını ancaq geyimlərə xərcləyib:

“Bir müğənnini geyindirməyə bilirsiniz nə qədər pul laızmdır? Hər şeyi öz zəhəmətimlə eləmişəm. Mənə dayaq olan dostlarım Günel Ələkbərova, Ağadadaş Ağayev və başqa xanım rəfiqələrimdir. Ağadadaş müəllim bizi adi qonaqlığa çağıranda, bir də görürsən paketdə pul qoydu. Mən bunu dana bilmərəm”.(Axşam.az)