Ağ Evin qarşısında özünü yandırdı

Ağ Ev qarşısında naməlum şəxs özünü yandırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidməti Agentliyinin məlumatında deyilib.

Bildirilib ki, Ağ Ev qarşısındakı Pensilvaniya küçəsində özünü yandıran şəxs elektron skuterdə olub.

Hadisə səbəbindən küçədə hərəkət məhdudlaşdırılıb və sözügedən şəxs xəstəxanaya çatdırılıb.

Onun həyatına təhlükənin olmadığı deyilib.

Bəzi məlumatlara görə, özünü yandıran şəxsin psixi problemləri olub və o, bu addımı ilə Prezident Donald Trampı hədəf almayıb.

Facebook Comments