Ağ Evin mətbuat katibi vəzifəsindən gedəcək

Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsindən gedəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

“3,5 ildən sonra möhtəşəm Sara Sandersimiz bu ayın sonunda Ağ Evdən ayrılacaq və Arqanzas ştatındakı evinə geri qayıdacaq. Qeyri-adi istedada sahib, inanılmaz iş görən çox özəl insan! Ümid edirəm, Arqanzas valiliyinə namizəd olmağa qərar verər. Möhtəşəm olardı. Sara, yaxşı iş gördüyün üçün təşəkkürlər!”

Qeyd edək ki, Sara Sanders 2017-ci ildə Sin Spisirin istefasından sonra bu vəzifəyə təyin olunmuşdu.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Sanders martdın 11-dən bu yana mətbuatla görüşmür.