Ağ Ev Zelenskinin andiçməsinə onları göndərir

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edəcək ABŞ nümayəndə heyətinə Energetika naziri Rik Perri rəhbərlik edəcək.

Sozcu.az xəbər verir ki, nümayəndə heyətinin tərkibi barədə Tvitter hesabında Ağ Ev təmsilçisi Stiv Herman yazıb.

Energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə həmçinin Dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker, ABŞ-ın Avropa Birliyindəki səfiri Qordon Sondland və ABŞ-ın Ukraynadakı diplomatik missiyasının sədri vəzifəsini icra edən Cozef Penninqton daxil edilib.(Axar.az)