“Afaq Bəşirqızı son zamanlar yaman “xod” gedir, hər şeyə qarışır və…”

Xəbər verdiyimiz kimi Xalq artisti Afaq Bəşirqızının aparıcı Elgizin verilişinə zəng vuraraq onu söyməsi müzakirələrə səbəb olub. Buna görə MTRŞ hətta telekanalı cəzalandırıb.

Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev Elgizin bu məsələdə günahsız olduğunu və əslində Afaq Bəşirqızının cəzalandırılmalı olduğunu bildirib:

“”ARB”-də baş verənlərdən doğrusu mən də təəssüf hissi keçirdim. Afaq Bəşirqızı son zamanlar yaman “xod” gedir, hər şeyə qarışır və bu isə heç də yaxşı iş deyil. Mən qətiyyən MTRŞ -in bu cür cəza növüylə razı deyiləm, telekanalın nə günahı var, Afaqı cəzalandırsınlar da. Belə çıxır ki, onlara hər şey olar. Zəng vurub aparıcını söyürlərsə, buna görə aparıcını niyə cəzalandırırlar? Elgiz yazıq veriliş aparır, əlsiz-ayaqsızlara kömək etmək üçün sənət adamlarına ağız açır. Hələ üstəlik Afaq da zəng vurub onu söyür. Hər halda bunu araşdıracaqlar. Rəhbərlik yəqin ki, bununla bağlı tədbir görəcək. Afaq hər şeyə qarışır, belə olmaz, adam bir az özünü yığışdırır, ondan da qabaq sənətkarlar olub. Afaqdan qabaq mən varam həyatda, danışmıramsa, xeyir ola o, düşüb ortalığa. Nə olsun ki, Xalq artistisən, kağız veriblər sənə, bir-iki rolda oynamısan da efirdə. Niyə kiminsə çörəyinə bais olursan?”.

Sozcu.az

Facebook Comments