ADR Hərəkatı toplantı keçirib

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Sozcu.az xəbər verir ki, iclasda ADR sədri ölkədəki ictimai-siyasi durum və gözləntilər barədə fikirlərini bölüşüb. Müzakirələr zamanı sosial-iqtisadi sahədəki mövcud vəziyyət də dəyərləndirilib. Bu kontekstdə Lerikdə Relax istirahət mərkəzində baş verən hadisənin yaradan səbəblərə və belə halları yaşadan motivlərə toxunub.

İdarə Heyətinin üzvləri həmçinin avqustun 24-ə təyin olunan ADR Hərəkatı Ali Məclisinin toplantısına hazırlıqla bağlı fikir mübadiəsi aparıb. Toplantının sonunda cari məsələlərə də baxılıb.