Adil Rami “Fənərbaxça”da – rəsmi

Fransa millisinin sabiq mərkəz müdafiəçisi Adil Raminin “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Sozcu.az kluba istinadən xəbər verir ki, 33 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Klub transferin maddi dəyəri haqda açıqlama verməyib. Onunla müqavilə “Şükrü Saracoğlu” stadionunda imzalanıb.

Qeyd edək ki, Rami son 2 mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.(Qol.az)