Adil Əliyevdən deputatlara irad: “Xalqın problemlərini səsləndirməliyik”

“Millət vəkillərinin parlament iclaslarında cari məsələlər barədə fikir bildirməsi vacibdir. Biz xalqın vəkilləriyik, onların problemlərini ümumişləşdirilmiş şəkildə parlamentdə səsləndirməliyik”.

Sozcu.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

“Biz həm ölkə, həm də seçicilərimiz qarşısında məsuliyyət daşıyırıq. Bu baxımdan həm ölkənin, həm də seçicilərimizin problemlərini qaldırmalı, təkliflər verməliyik. Amma bu o demək deyil ki, hər hansı problemi səsləndirdikdən sonra işimizi bitmiş hesab etməliyik. Problemlərin icra strukturları tərəfindən necə icra olunmasını da nəzarətdə saxlamalıyıq. Prezident İlham Əliyev Milli Məclisdə qəbul edilən qanunların millət vəkilləri tərəfindən icrasına nəzarət etməsi vacibliyini bildirmişdi. Bu hamımız üçün çox vacibdir. Qanunlarımız kağız üzərində qalmamalıdır” – A.Əliyev qeyd edib.

Facebook Comments