“Adam Zəhranın qətlə yetirilməsini xatırlayanda az qalır ki, qadın olaraq müharibəyə başlasın”

“Atəşkəs dövründə dinc əhalinin öldürülməsi məqsədyünlü şəkildə qorxu yaratmaq, bunu daim gündəmdə saxlamaq, eyni zamanda, beynəlxalq normaların pozulması deməkdir”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Qurum sədri ermənilər tərəfindən öldürülən uşaqların taleyinə beynəlxalq qurumların laqeyd yanaşdığını bildirib:

“Atəşkəs elan ediləndən sonra statistikaya görə cəbhə bölgəsində ermənilər tərəfindən 46 uşaq qətlə yetirilib. Bu ümumən beynəlxalq normaların pozulmasıdır. Atəşkəs dövründə dinc əhalinin öldürülməsi məqsədyönlü şəkildə qorxu yaratmaq, bunu daim gündəmdə saxlamaq, eyni zamanda, beynəlxalq normaların pozulması deməkdir. Cəbhə bölgəsində yaşayan uşaqlar daim atəş, qorxu, səksəkə altında yaşayırlar. Təəssüflər olsun ki, beynəlxalq qurumlar bununla bağlı heç bir tədbir görmür. Bir sözlə, biz öz ümidimizə qalmışıq. Əhali torpağını sevdiyi və qorxmadığı üçün evlərini tərk etmir. Ermənilərin məqsədi elə dinc əhalini qorxu altında saxlayıb torpaqları onlardan boşaltmaqdır. Amma təbii ki, buna nail olmayacaqlar. Zəhra körpə də olsa hamımızın yaddaşında qalacaq. O, müharibə qurbanlarının ən kiçiyidir. Əslində bu da bir fərqli, psixoloji müharibədir. Biz çalışmalıyıq ki, uşaqlarımızı qoruyaq. Adam Zəhranın qətlə yetirilməsini xatırlayanda, ümumiyyətlə, bu məsələdən danışanda az qalır ki, qadın olaraq müharibəyə başlayasan”.

Qeyd edək ki, bu gün 2017-ci ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində ermənilər tərəfindən qətlə yetirilən Sahibə Quliyeva və 14 aylıq nəvəsi Zəhranın ölümündən üç il ötür.

Facebook Comments