ABŞ konqresmeni “Artsax- demokratik dövlətdir” dedi…-FOTO

“Dermokratiya beşiyi”nin nümayəndəsi belə deyirsə, biz nə karəyik?..
Oktyabrın 1-dən Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz səfərdə olan Amerika Konqresinin üzdəniraq üzvü Frenk Pallone dünən Xankəndidə qondarma separatçı-terrorçu rejimin “parlament sədri” sayılan Aşot Qulyan adlı məxluqla görüşüb.

Moderator.az xəbər verir ki, Rusiyada nəşr olunan erməni saytlarının yaydığı məlumata görə, ermənipərəst konresmen görüşdə belə cümlələr işlədib: “Mən bura gəlmişəm, izah edəm ki, “Artsax” – demokratik dövlətdir, demokratik millətdir…”

P.S. “Dermokratiya beşiyi”nin nümayəndəsi belə deyirsə, biz nə karəyik?..

Sozcu.az