ABŞ və Türkiyə arasında daha bir siyasi gərginlik

Türkiyə və Şimali Kipr bölgədə onlara qarşı oynanılan oyunların fərqindədir.

Bunu Türkiyə Prezidentinin müavini Fuad Oqtay ABŞ-ın Cənubi Kiprə qarşı silah embarqosunu ləğv etməsinə münasibət bildirərkən deyib.

“Bölgədəki münaqişə riskini artıracaq bu cür yanaşmalara qarşı Türkiyə olaraq Şimali Kiprin təhlükəsizliyi, sülh və firavanlığını təmin edəcək addımlar atmağa davam edəcəyik. Türkiyə və Şimali Kipr bölgədə onlara qarşı oynanılan oyunların fərqindədir. Millət olaraq bu oyunlara qarşı əzmlə mübarizə aparacağıq”, – F.Oqtay bildirib.

axar.az

Facebook Comments