ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq edir

ABŞ Senatı uyğur türklərinə qarşı təzyiq siyasəti ilə əlaqədar Çin məmurlarına sanksiyalar tətbiq edilməsi haqqında qətnamə layihəsini təsdiqləyib.

Sozcu.az xəbər verir ki, qətnamə layihəsi Senata respublikaçı senator Marko Rubio tərəfindən təqdim edilib. Qətnamə yekdilliklə qəbul olunub.

Sənədin müəllifləri Dövlət Departamentindən Çində insan haqlarının pozulması barədə hesabat hazırlamağı da tələb ediblər.axar.az

Facebook Comments