ABŞ Uyğur türklərinə görə Çini cəzalandırmaq istəyir

Aprelin 3-də 40-dan çox ABŞ konqresmeni Çinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Çin Sincan Uyğur Muxtar Vilayətində düşərgələr qurmaqda ittiham olunur. Koqresmenlər Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa məktubunda Amerika şirkətlərinin dolayısı ilə Pekinə yerli əhaliyə nəzarət etməkdə dolayısı ilə kömək etmədiklərini öyrənmək istədiklərini bildiriblər. Məktubda bütün dünyada insan hüquqlarının pozulmasına tətbiq olunan “Maqnitski Qanunu”nun tətbiq edilməsi təklif olunur.

Konqresin hər iki palatasının üzvlərinin Ağ Evin başçısına yazdıqları məktubda bildirilir ki, Çinin Sincandakı hərəkətləri “insanlığa qarşı cinayətlər təşkil edə bilər”, ona görə də, Amerika ixrac məhsullarının repressiya üçün istifadə olunub-olunmaması ilə bağlı nəzarət gücləndirilməlidir.

Reutersin xəbərinə görə, Çin getdikcə Qərb hökumətləri və insan hüquqları təşkilatları tərəfindən daha çox qınanır. Onlar, həmçinin BMT ekspertləri iddia edirlər ki, Sincanda 1 milyondan artıq etnik uyğur və digər müsəlmanları həbsdə saxlayan müəssisələr təsis edilib.

Moderator.az