ABŞ Türkiyəni müdafiə etdi: Ciddi eskalasiyadır!

Moskva, Tehran və Dəməşq Suriyada vəziyyəti gərginləşdirməkdə davam edir.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo İdlibdə Türkiyə əsgərlərinə hücumla bağlı açıqlamasında deyib.

“ABŞ bir daha Əsəd rejimi, İran, Rusiya və “Hizbullah”ın İdlibdə dinc sakinlərə qarşı həyata keçirilən əsassız və amansız qanlı hücumları qınayır. 3 fevral tarixində Suriya hakimiyyətinin Türkiyə hərbi postuna etdiyi hücum ciddi eskalasiyadır və mülki şəxslərə, humanitar işçilərə və infrastruktura təsir göstərən hücumları davam etdirir”, – deyə amerikalı rəsmi bildirib.

Qeyd edək ki, Suriya rejim qüvvələri türk ordusuna hücum edib, nəticədə 4 əsgər şəhid olub, 9-u yaralanıb. Türk ordusunun cavab zərbəsi nəticəsində 46 rejim əsgəri məhv edilib.(Axar.az)

Facebook Comments