ABŞ Rusiyanın nüvə layihəsini rədd etdi

Rusiya ABŞ-a nüvə müharibəsinə yol verilməməsi barədə razılaşma təklif edib, amma heç bir cavab əldə etməyib.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Moskva bu layihəni 2018-ci ilin oktyabrında Vaşinqtona təqdim edib.

Rusiyanın planına əsasən, ölkələr nüvə müharibəsindən yayınmaq üçün lazımı tədbirlər görməli idilər.

Qeyd edək ki, ABŞ fevralın əvvəlində kiçik və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxıb. Buna səbəb Rusiyanın bu razılaşmanın şərtlərinə əməl etməməsi olub. Rusiya isə ABŞ-ın bu addımına analoji formada cavab verib.(Axar.az)