ABŞ qalmaqallı İran gəmisinin saxlanılması barədə order verdi

ABŞ məhkəməsi İranın Qreys-1 tankerinin saxlanılmasıyla bağlı order verib.

Sozcu.az xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

Nazirlik Kolumbiya Dairə Məhkəməsinin neft tankeri, onun bortundakı neftin ABŞ-ın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər haqqında, bank fırıldaqçılığı haqqında, çirkli pullarına yuyulması haqqında, eləcə də terrorizmlə əlaqəli fəaliyyətə görə müsadirə haqqında qanunlarını pozduğu üçün müsadirə edilməsi barədə qərar qəbul etdiyini bildirib.

Nazirlik yaydığı açıqlamada məhz bu gəminin bir müddət öncə ABŞ-ın terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçilər Korpusunun maraqlarını təmin etmək üçün Suriyaya neft daşıdığını bəyan edib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamenti Qreys-1 gəmisi ilə bağlı olan hər kəsi ağır nəticələrin gözləcəyini bildirmişdi.

Bir neçə gün əvvəl Cəbəllütariq 1 aydan çox saxladığı İran gəmini və ekipajını azad edib.

Facebook Comments