ABŞ Paşinyanın “taleyi”ndən narahatdır – KİV

ABŞ hökuməti Ermənistan Baş naziri Nikol Paşinyanın davranışlarını və apardığı siyasəti diqqətlə izləyir.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, hər ay Paşinyanın reytinqi ilə bağlı tədqiqat aparılr və bununla əsasən ABŞ-ın Ermənistandakı səfirliyi məşğul olur.

Amerika tərəfi Paşinyanın reytinq göstəricilərinin aşağı düşməsindən narahat olduğunu bildirib. Vaşinqtonu narahat edən əsas məqam isə onların proqnozlaşdırmadıqları hadisələrin reallaşması və bunun nəticəsində hakimiyyətə arzuolunmaz şəxsin gəlməsidir.(Axar.az)

Facebook Comments