ABŞ millisinin üzvü “Çelsi”də – rəsmi

“Çelsi” heyətinə yeni futbolçu cəlb edib.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi “Borussiya”dan Kristian Pulisiçin keçidini həll edib.

ABŞ millisinin üzvü ilə yanvar ayında razılıq əldə edilsə də, müqaviləyə əsasən yarımmüdafiəçi mövsümün sonunda klubunu dəyişib. Bu keçid üçün “Çelsi”nin qarşı tərəfə 64 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Pulisiç bu mövsüm “Borussiya”da 30 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə edib.(Qol.az)