ABŞ İraqdakı hərbçi sayını azaldır

ABŞ Prezidenti Donald Tramp Amerikanın İraqdakı hərbçilərinin sayını azaltmaq niyyətində olduğunu bildirib.

Sozcu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter hesabında yazıb.

“ABŞ İraqdakı hərbi mövcudluğu azaltmağı planlaşdırır”, – Tramp bildirib.

Məlumata görə, ABŞ hökuməti İraqdakı hərbi kontingentinin sayını 3,5 min nəfərə endirmək niyyətindədir. Hazırda ABŞ-ın bu ölkədə 5200 hərbçisi xidmət edir.

Facebook Comments