ABŞ İranı hədələdi: Oyun dəyişdi, lazım olanı edəcəyik

İraqdakı ABŞ hədəflərinə qarşı reallaşacaq hücumların qarşısını almaq üçün qabaqlayıcı addımlar atılacaq. Artıq oyun dəyişdi, nə lazımdırsa, onu da edəcəyik.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Naziri Mark Esper deyib.

O, Haşdi Şabi qüvvələrinin ABŞ hərbi bazasına 31 raketlə hücum etdiyini və bunun arxasında İranın dayandığını bildirib.

Esper hərbi bazaya təşkil edilən hücuma cavab olaraq, ABŞ-ın Haşdi Şabi qüvvələrinə qarşı hava hücumlarının uğurlu olduğunu qeyd edib.

ABŞ-ın İran təhdidlərinə qarşı bölgəyə əlavə əsgər göndəriləcəyini bildirərən nazir deyib:

“Qüvvələrimizi və vətəndaşlarımızı qorumaq üçün addımlar atacağıq. İndi oyun dəyişdi. Lazım olan hər şeyi edəcəyik. Sadəcə, İraqda deyil, bölgədəki bütün müəssisələrimizin təhlükəsizliyini möhkəmləndirməyi hədəfləyirik”.

Esper Bağdad səfirliyinə hücumlardan sonra binanın ciddi zədələnmədiyini, yaxşı vəziyyətdə olduğunu bildirib və 15 illik binanın asanlıqla qorunacaq şəkildə inşa edildiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində 25 mülki şəxsin ölməsi İraqda geniş etirazlara səbəb olmuş və aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etmişdilər.

Facebook Comments