ABŞ-ın müttəfiqi Rusiyadan 9 milyardlıq silah alır

Pakistan Rusiya qırıcıları, hərbi helikopterləri, hava hücumundan müdafiə sistemləri, tankları və hərbi gəmiləri almaq üçün Moskva ilə çoxmilyardlıq müqavilə imzalamaq niyyətindədir.

Sozcu.az xəbər verir ki, müqavilənin dəyərinin 9 milyard dollar olması nəzərdə tutulub. Rəsmi İslamabadın məhz hansı Rusiya texnikası almaq istədiyi açıqlanmayıb.

Qeyd edək ki, hazırda Pakistanın əsas silah təchizatçısı Çindir. 2008-2018-ci illərdə Çin bu ölkəyə 6,4 milyard dollarlıq silah tədarük edib. Ondan sonrakı yerlərdə ABŞ (2,5 milyard) və İtaliya (471 milyon) dayanıb.(Axar.az)