ABŞ-ın hərbi büdcəsi müqayisə edildi: Fantastik məbləğ

ABŞ-ın 2020-ci il üçün hərbi xərcləri daha 3,1 faiz artaraq 738 milyard dollar olub.

Sozcu.az xəbər verir ki, iqtisadçı Samir Əliyev bu vəsaitin 635 milyard dollarının Pentaqonun ehtiyaclarına, 71,5 milyardın Əfqanıstan, Suriya, Yəmən və digər ölkələrdə aparılan hərbi əməliyyatlara yönəldiləcəyini, Ukrayna üçün 300 milyon dollar nəzərdə tutulduğunu qeyd edib.

“ABŞ hərbi xərclərinə görə də dünyada lider ölkədir. Hərbi xərclərin ilk onluğuna düşən ölkələrin 9-nun xərclərini toplasaq, ABŞ-ın hərbi büdcəsinə güclə çatar. ABŞ-ın hərbi büdcəsi həcminə görə 2-ci yerdə duran Çindən 3, 3-cü yerdə duran Səudiyyə Ərəbistanından 10 dəfəyədək çoxdur.

ABŞ-ın hərbi xərcləri Kanada və Braziliyanın dövlət büdcəsindən də çoxdur. Rusiyanın dövlət büdcəsindən isə 3 dəfəyədək böyükdür”.(Axar.az)

Facebook Comments