ABŞ-ın fond birjaları şok azalma: 33 ilin antirekordu

ABŞ-da ticarət birjalarının indeksi 9%-dən çox azalıb.

Sozcu.az xəbər verir ki, bu rəqəm 1987-ci ildən bu yana qeydə alınan ən pis göstəricidir.

Ən böyük geriləmə “Dow Jones Industrial Average” indeksində qeydə alınıb. Bu indeks 9,99% geriləyib. Yüksək texnologiyalar şirkətinin indeksi olan NASDAQ 7,85% azalıb. “S&P 500”ün indeksi 4,54%-ə qədər geriləyib.

Fond birjaları indekslərinin belə kəskin düşməsinə səbəb ABŞ Prezidenti Donald Trampın AB-dən ABŞ-a səfərlərin dayandırılması barədə qərarı olub.

Facebook Comments