ABŞ gəmi əleyhinə yeni raketini sınaqdan çıxardı

ABŞ Sakit okeanın Quam adası yaxınlığında gəmi əleyhinə yeni NSM raketini sınaqdan keçirib.

Sozcu.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Sınağın oktyabrın 1-də keçirildiyi vurğulanıb.

Qeyd edək ki, NSM raketi 180 kilometr məsafədəki hədəfləri məhv edə bilir. Bu, ABŞ ordusunun hazırda istifadə etdiyi “Harpun” raketindən 30% daha uzaq məsafəni vurur.