ABŞ Fransa mallarına əlavə rüsum tətbiq edir

ABŞ hakimiyyəti Fransadan olan 1,3 milyard dollarlıq məhsula 25% həcmində əlavə rüsum tətbiq edib.

Sozcu.az xəbər verir ki, ABŞ-ın bu qərarının 180 gün sonra qüvvəyə minəcəyi vurğulanıb. Vaşinqtonun bu qərarı Parisin Amerika rəqəmsal xidmət şirkətləri üçün vergi tətbiq etməsindən sonra qəbul edib.

ABŞ rəsmiləri Parisin bu addımını ədalətsizlik adlandırıb və buna dözmək niyyətində olmadığını açıqlayıblar.

Facebook Comments