ABŞ Ermənistana yardımı artırdı – Yeni razılaşma

Ermənistan Baş nazirinin Aparatı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında mayın 13-də idarəetmənin effektliyinin və hesabatlılığının genişləndirilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Sozcu.az xəbər verir ki, Ermənistana USAİD tərəfindən bu müqavilə çərçivəsində ediləcək yardım 11,5 milyon artırılaraq, 51,4 milyon dollara çatdırılıb.

USAİD, həmçinin, ABŞ İqtisadiyyat Nazirliyi ilə daha rəqabətqabiliyyətli və diversifikasiya edilmiş özəl sektorun təşviqi barədə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ermənistana yardım 7,5 milyon dollar artırılıb.

Bu dəyişiklik sayəsində Ermənistana verilən yardımın miqdarı 91,8 milyon dollara çatıdırlıb.axar.az

Facebook Comments