ABŞ-dan ÜST-ə daha bir şok: Komitə yaradılacaq?

ABŞ-ın aparıcı Respublikaçı senatorları Lindsi Qrehem, Mitt Romni və Ted Kruz BMT Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Sozcu.az xəbər verir ki, senatorlar Quterreşə məktubunda Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı aparılan mübarizədə atdığı addımlara nəzarət etmək üçün müstəqil bir komitənin yaradılmasını tələb ediblər.

Senatorlar bundan başqa, təşkilatın fəaliyyətini dəyərləndirməyi və islahat aparılması təklifini edib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp da ÜST-ün fəaliyyətini tənqid etmiş, təşkilata maddi dəstəyi dayandırmışdı.axar.az

Facebook Comments