ABŞ-dan İrəvandakı hadisələrlə bağlı – Açıqlama

ABŞ Dövlət Departamenti Ermənistanda bütün tərəfləri gərginliyi artırmamağa, hərbçiləri isə siyasətə qarışmamağa çağırır.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

“Ermənistanda baş verənlərdən xəbərdarıq və vəziyyəti çox diqqətlə izləyirik. Bütün partiyalara əsas demokratik prinsipi xatırladırıq, dövlətlərin silahlı qüvvələri daxili siyasətə qarışmamalıdır. ABŞ Ermənistandakı demokratik prosesləri və institutları, demokratiyasını və suverenliyini dəstəkləməyə davam edir. Liderləri fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq”, – Prays bildirib.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi də İrəvanda baş verənlərlə bağlı bəyanat yaymışdı.

Səfirlik Ermənistanda baş verənləri diqqətlə izlədiklərini bildirmiş və tərəfləri sakitliyə, təmkin göstərməyə və gərginliyi azaltmağa çağırmışdı.

Facebook Comments