ABŞ-dan F-35 açıqlaması: Türkiyə ilə əməkdaşlıq…

F-35 qırıcılarının bəzi hissələrinin istehsalı üçün Türkiyə şirkətləri ilə 2022-ci ilə qədər işləməyə davam edəcəyik.

Sozcu.az xəbər verir ki, bunu Pentaqon nümayəndəsi Cessika Maksvell “Anadolu” agentliyinə deyib.

O, sənaye tərəfdaşlarının müqavilələri icra edəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit raket kompleks sistemlərini təslim aldıqdan sonra, ABŞ bu ölkəyə ötən ilin iyulunda F-35 satışını dayandırmışdı.

Facebook Comments