ABŞ-dan Çinə sərt mesaj: Yaxın vaxtda görəcəksiniz!

Çinə Cənubi Çin dənizinin özünün imperatorluğunun bir hissəsi kimi davranmasına imkan vermək olmaz.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Payk Pompeo deyib.

“Rəsmi Vaşinqton bu dənizlə bağlı anlaşılmazlıqların həlli üçün atılan bütün addımları dəstəkləyir. Yaxın zamanlarda bu mövzuda daha çox söz deyəcəyik”, – Pompeo bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ dünyada koronavirusun yayılmasından sonra rəsmi Pekinin Cənubi Çin dənizində aktivləşdiyini iddia etmişdi.

Facebook Comments