ABŞ-da təyyarə təcili eniş etdi

Çikaqo-Sietl reysini həyata keçirən “Alaska airlines” aviaşirkətinə məxsus “Boeing 737-900” tipli təyyarə Minneapolis-Sent-Pol (Minnesot ştatı) hava limanında təcili eniş edib.

“Qafqazinfo”nun “NBC News” portalına istinadən xəbərinə görə, buna səbəb göyərtədən gələn qoxunun 12 sərnişin və işçilərin nəfəs almasında problem yaratması olub.

Göyərtədə ümumilikdə 144 nəfər olub. Təyyarə enəndən sonra ekipajın 4 üzvü xəstəxanaya yerləşdirilib. Aviaşirkətin daha 6 işçisi və 2 sərnişinə yerindəcə tibbi yardım göstərilib.