ABŞ-da helikopter qəzası: ölənlər var

ABŞ-da helikopter qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Yuta ştatının dağlıq ərazisində qeydə alınıb. Helikopterin dağlıq əraziyə düşməsi nəticəsində 2 nəfər həlak olub. Ölənlərin heyət üzvləri olduqları bildirilir.

Helikopter Ballard şəhərindən Solt-Leyk-Siti dairəsinin hava limanına uçurmuş. Hava maşınının axtarışları helikopterdə olanlardan birinin ailə üzvlərinin onun gecikməsi barədə xəbər verməsindən sonra başlayıb.

Qəzanın səbəbləri araşdırılır. Hələlik yalnız o məlumdur ki, həmin ərazidə əlverişsiz hava şəraiti mövcuddur.
Daha əvvəl də ABŞ-da helikopter şəhərə düşərək bir neçə avtomobilə və binaya çırpılıb.

Sozcu.az