ABŞ bu ölkəni daxili müharibəyə sürükləyir – Zaxarova

ABŞ-a Venesuelanı təhdid etməyi, iqtisadiyyatını boğmağı və açıq şəkildə beynəlxalq hüququ pozaraq, daxili müharibəyə təhrik etməyi dayandırmağını tövsiyə edirik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, Rusiyanın Venesuelada hərbi əməliyyat aparması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Venesuelada ölkə mənafeyini şəxsi məqsədlərindən üstün tutan bütün siyasi qüvvələri dialoqa çağırırıq. Bu dialoqun qurulmasına hər formada kömək etməyə hazırıq”.

Sözçü Vaşinqtonun Karakasla bağlı planlarını Moskvanın üzərinə yıxmaq istədiyini vurğulayıb:

“Bu çərçivədə saysız-hesabsız ABŞ hərbi ekspertlərinin Venesuela və qonşu Kolumbiyada nə iş gördüyünü öyrənmək istəyirik. Bundan əlavə, digər qonşusu Braziliya nə üçün Ağ Ev tərəfindən NATO zirvəsinə dəvət edilir? Bunun NATO-nun nizamnaməsinə zidd olduğunu xatırlatmaq istəyirəm”.