ABŞ Avropaya raket yerləşdirmir – Səfir

ABŞ orta və yaxın məzilli raketlərin Avropaya yerləşdirilməsini planlaşdırmır.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman deyib.

“Bu mövzuda fərziyyələr var idi, amma mən dəqiq heç nə eşitməmişəm. Yeri gəlmişkən, Rusiya rəhbərliyi ilə görüşdə bu məsələ müzakirə olunmadı”, – səfir bildirib.