ABŞ ASEAN ölkələri ilə hərbi təlimə başlayır – Tarixdə ilk

ABŞ ordusu tarixdə ilk dəfə Cənub Şərqi Asiya Dövlətləri Assosasiyasının (ASEAN) ölkələri ilə birgə ortaq hərbi təlim keçirəcək.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Bankok Post” yayıb.

Məlumata görə, 5 gün davam edəcək təlim sentyabrın 2-də start götürəcək.

Qeyd edək ki, ASEAN ölkələri sırasına Bruney, Vyetnam, İndoneziya, Kambodca, Laos, Malaziya, Myanma, Sinqapur, Filippin, Tayland daxildir.(Axar.az)