ABŞ əsgəri İraqda öldürüldü

İraqın şərqində İŞİD terrorçularına qarşı aparılan hərbi əməliyyat zamanı bir ABŞ əsgəri həlak olub.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ liderliyindəki beynəlxalq koalisiya məlumat yayıb. Açıqlamada əsgərin ölümü və hərbi əməliyyat barədə detallı informasiya verilməyib.

Qeyd edək ki, ABŞ və müttəfiqlərindən ibarət beynəlxalq koalisiya 2014-cü ildən bəri Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparır.