Azərbaycan məhsulları Türkiyəyə güzəştli şərtlərlə ixrac olunacaq

Türkiyə ilə preferensial ticarət sazişinin 1 mart tarixindən etibarən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, bu bir sıra Azərbaycan məhsullarının Türkiyəyə güzəştli şərtlərlə idxal rüsumu ödənilmədən ixracına imkan yaradacaq.

“Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi-ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik”, – nazir qeyd edib.

Facebook Comments