“Bitcoin”in qiyməti tarixi maksimumunu yeniləyib

“Bitcoin”in qiyməti ticarət sessiyası zamanı (18 fevral, saat 23:25 GMT+4) 6,25 faiz bahalaşaraq 52,232 min dollara yüksəlib.

Sozcu.az-ın məlumatına görə, bu barədə CoinDesk portalı xəbər verib.

Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Facebook Comments