“Əsas məqsədimiz Çempionlar Liqasını qazanmaqdır”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə ilk matç öncəsi fikirlərini bildirib.

Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis əsas məqsədlərinin turnirin kubokunu qazanmaq olduğunu deyib:

“Cəmi qırx gündür burda olduğum üçün bu, xüsusi bir görüşdür. “Barselona” ilə matçın komanda üçün vacib olduğunu hiss edirəm. Əsas məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır. Oyuna hazır olacağıq. Mən hər şeyə sakit yanaşıram. Baş verənlər bunu dəyişdirilə bilməz. Komanda əvvəlki kimi deyil. Mən burada yeni bir komanda qurmağa çalışıram. Bəli, vacib oyunçular oyunu buraxacaqlar. Ancaq komanda enerji yığır, ən qısa müddətdə meydana necə daxil olacağını görür və qələbə naminə bütün gücünü verəcək. PSJ-də fövqəladə atmosfer və birlik var. Bu futbolçular klub və onun tarixi üçün bir şey etmək istəyirlər. Biz PSJ-nin öz xarakterinə sahib olmasını istəyirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – PSJ görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Facebook Comments