“Mənimlə evlənmək istəyirsənsə…”

“Survivor” yarışmasında tanış olub eşq yaşamağa başlayan Nisa Bölükbaşı və Barış Murat Yağcı cütlüyündən xəbər var.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, Nisa qatıldığı verilişlərdən birində Barışın ona etdiyi evlilik təklifini müəyyən şərtlə qəbul etdiyini açıqlayıb.

“Barışın bədənində çoxlu döymə var. Yarışda olarkən ondan hamısının mənasını soruşdum, amma demədi. Boynundakı döymə xüsusilə diqqətimi çəkdi.

Onu da soruşdum, yenə də demədi. Sonra sosial şəbəkələrdən öyrəndim ki, həmin döymə Barışın keçmiş sevgilisinin adıdır. Dedim ki, mənimlə evlənmək istəyirsənsə, o yazını sildirəcəksən. Yalnız bu halda səninlə ailə həyatı quraram” deyə, Nisa, bildirib.

Facebook Comments