Daha bir əsgərimizin nəşi tapıldı

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, əsgər Cavidan Valeh oğlu Məmmədlinin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, İmişli rayon sakini C.Məmmədli Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!

Facebook Comments